AZ

“Ədalətli sülhdə uduzanlar olmayacaq”

“Hər fürsətdə açıq şəkildə bəyan etmişik ki, ədalətli sülhdə uduzanlar olmayacaq. Bu çərçivədə strateji tərəfdaşımız olan Ukraynanın ərazi bütövlüyünü və müstəqilliyini hər zaman qətiyyətlə dəstəkləmişik”.

“Qafqazinfo” “TRT Haber”ə istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Avropa İttifaqının Həmfikir Ölkələr Liderlərinin Onlayn Toplantısında çıxışında bildirib.

“Biz tam üzvlük məqsədimizi qoruyuruq. Aİ-nin strateji-uzaqgörən münasibət bəsləməsini və üzvlük danışıqlarımızı canlandıracağını gözləyirik. Müharibəni dialoq yolu ilə bitirmək üçün çox səy göstərmişik.

Bu gün biz ədalətli və davamlı sülh üçün mübarizə aparan hər iki tərəfin masa arxasında olacağı möhkəm diplomatik zəminin vacibliyinə diqqət edirik. Tərəflər arasında etimadın möhkəmləndirilməsi tədbiri kimi ən qısa zamanda atəşkəsin elan edilməsi, havada və dənizdə hücumların dayandırılması ideyasını dəstəkləyirik”, - deyə Türkiyə Prezidenti əlavə edib.

Seçilən
17
qafqazinfo.az

1Mənbələr