AZ

Rusiya xarici işlər nazirinin müavini İranın Moskvadakı səfiri ilə GÖRÜŞDÜ

Rusiya xarici işlər nazirinin müavini İranın Moskvadakı səfiri ilə görüşüb.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya XİN məlumat yayıb.

Bildirilir ki, Rusiya Federasiyası xarici işlər nazirinin müavini Ryabkov İranın Moskvadakı səfiri Cəlali ilə İranın nüvə proqramı ətrafında vəziyyəti müzakirə edib.

“Qarşılıqlı maraq doğuran beynəlxalq gündəmdəki məsələlər, o cümlədən MAQATE-nin Rəhbərlər Şurasının sessiyasının davam edən işi fonunda, həmçinin İranın nüvə proqramı ətrafında vəziyyətin nizamlanması üzrə beynəlxalq səylərlə bağlı müzakirə edilib”, – Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
55
interpress.az

1Mənbələr