AZ

İkinci Dünya müharibəsindən qalma bomba tapıldı

Fransanın paytaxtı Parisə yaxın bir bölgədə relslərdə İkinci Dünya müharibəsindən qalma bomba tapıldığı üçün Eurostar səfərləri dayandırılıb.

"Cebheinfo.az" xəbər verir ki, Parisdə Gare du Nord yaxınlığında aparılan təmir işləri zamanı relslərdə partlamamış bomba aşkar edilib.

Bombanın İkinci Dünya müharibəsindən qalma olduğu müəyyən edilərkən, Gare du Norddan keçən qatar və Eurostar səfərləri dayandırılıb.

Fransanın Dövlət Dəmir Yolları Şirkəti (SNCF) bomba zərərsizləşdirmə əməliyyatı tamamlanana qədər stansiyadan qatar səfərlərinin olmayacağını açıqlayıb və sərnişinlərdən səyahətlərini təxirə salmalarını istənilib.

Seçilən
15
cebheinfo.az

1Mənbələr