Hurriyyet.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Əfqanıstandakı Taliban hökuməti əfqan qadınlarının məscidlərdə dua etməsini, cümə günləri camaat namazında iştirakını qadağan edib.
Herat vilayətindəki mənbələrin "Etilaatroz" nəşrinə verdiyi məlumata görə, yeni məhdudiyyətlər barəsində informasiya əhaliyə şifahi şəkildə, imamlar tərəfindən çatdırılıb. İndən belə qadınların məscidlərdə cümə namazında iştirakına icazə verilmir. Baxmayaraq ki, indiyə qədər onlara məscidlərdə xüsusi yer ayrılırdı.
Hürr Tərcüman