“İnter Mayami” KONKAKAF Çempionlar Liqasında növbəti oyuna çıxıb.
Futbolpress.az xəbər verir ki, sözügedən komanda “Kavalerr” ilə qarşılaşıb. Matç “İnter Mayami”nin qələbəsiylə başa çatıb – 2:0.
Lionel Messi bu görüşdə iştirak etməyib. Argentinalı hücumçu əzələ gərginliyi səbəbindən istirahətə buraxılıb.