Zəncəfil qədim dövrlərdən sağlamlıq üçün faydalı bitki kimi istifadə olunur. Onun antibakterial, iltihabəleyhinə və immuniteti gücləndirən xüsusiyyətləri ilə yanaşı, bəzi hallarda yan təsirləri də ola bilər.
Müsbət tərəfləri:
-İmmuniteti gücləndirir – tərkibindəki antioksidantlar orqanizmi virus və bakteriyalardan qoruyur.
-Həzm sisteminə faydalıdır – mədə problemlərini azaldır, həzmi yaxşılaşdırır və ürəkbulanmanı aradan qaldırır.
-Ağrıkəsici təsiri göstərir – baş, əzələ və oynaq ağrılarını yüngülləşdirir.
-Qan dövranını yaxşılaşdırır – damarların elastikliyini artıraraq ürək-damar sisteminə müsbət təsir edir.
Mənfi təsirləri:
-Qastrit və ya mədə xorası olanlar üçün zərərlidir – turşuluğu artıraraq mədə divarına mənfi təsir göstərə bilər.
-Qan təzyiqinə təsir edə bilər – yüksək dozada qəbul edildikdə qan təzyiqini aşağı sala bilər.
-Hamiləlikdə ehtiyatla istifadə edilməlidir – bəzi hallarda erkən doğuş və ya digər risklər yarada bilər.
Həkimlər zəncəfilin gündəlik 3-4 qramdan çox istehlak edilməməsini tövsiyə edirlər. Xüsusilə xroniki xəstəlikləri olan şəxslər bu bitkini rasionlarına daxil etməzdən əvvəl mütəxəssis məsləhəti almalıdırlar.