AZ

"Qarabağ"ın futbolçusuna 4 oyunluq CƏZA

Əvəzedicilər Liqasında çıxış edən "Qarabağ-2" komandasının futbolçusu Nihad Mollayev dörd oyunluq cəzalandırılıb.
 
Bu barədə qərar AFFA-nın İntizam Komitəsinin iclasında qəbul olunub.
 
Futbolçunun cəzalanmasına Əvəzedicilər Liqasının XXV turunda "Sumqayıt-2" ilə matçda hakimləri təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alması səbəb olub. Bununla yanaşı, Ağdam təmsilçisi 300 manat cərimələnib.
 
AFFA "Sumqayıt-2" komandasını da cəzalandırıb. "Qarabağ-2" ilə görüşdə oyun günü planı pozulduğuna görə Sumqayıt təmsilçisi 100 manat ziyana düşüb.
Seçilən
29
6
moderator.az

7Mənbələr