I Liqanın son iki turunda qələbə qazanan «Mingəçevir»in nə qədər xərcə düşməsi məlum olub. Bu barədə redaksiyamıza futbolçuların özləri məlumat verib. Onların bildirdiyinə görə, «Baku Sportinq» və «Difai» üzərində əldə olunan 1:0-lıq qalibiyyətlərə görə 400 manat «ənam» alacaqlar: «Hələ bu pulu görməmişik (söhbət dünən olub). Füzuli Məmmədov bu iki oyundan qabaq bizə deyirdi ki, çıxın, rahat oynayın, hakimlərdən narahat olmayın. O, «Difai»yə görə çox narahat idi. Elə gün olurdu ki, 3 saatlıq iclas keçirirdi. Dönə-dönə deyirdi ki, «Difai» çempionatın ən zəif komandasıdır, pis gündədirlər. Hətta bir dəfə qayıtdı ki, onlara uduzsaz, gedin futbolu atın, Baş məşqçi bilsə ki, biz sizin saytla danışırıq, dünyanı dağıdar. «Sportinfo»nun yazdığı xəbərlərdən çox narahatdır o. Gecə-gündüz axtarır ki, görən, komandadan kimlərdir «Sportinfo»ya xəbər ötürənlər. İclaslarda saytınızdan çox danışır, pisləyir. «Mingəçevir»dən çıxan xəbərlər onu qorxudur ki, birdən klubun yeni rəhbərliyi bunları bilər. Hər gün o qədər danışır ki, iclaslarda yuxu tutur bizi. Bəzən rəqiblərdən çox, «Sportinfo»dan söz salır. Biz də öz aramızda ondan danışıb gülürük. İndi şəhərin özündə da Füzuliyə münasibət dəyişib. Azarkeşlər ilk gündərdəki qədər gəlmir komandanın yanına. Qoyur ki… Hamıdan şübhələnir. Deyir, bu adamların məşqlərdə nə işi var, gəlib izləməsinlər».
SPORTİNFO.AZ
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta