Azərbaycan I Liqasında 17-ci tura yekun vurulub.
Bu gün Azərbaycan I Liqasında 17-ci tura yekun vurulub.
"Operativ Media" xəbər verir ki, turun son oyunlarında "Karvan" "Zaqatala"nı, "İmişli" isə "Mingəçevir"i qonaq edib.
Yevlax təmsilçisi son dəqiqə vurduğu qolla "Zaqatala"nı 3-2 hesabı ilə məğlub edib.
"İmişli" isə doğma meydanda "Mingəçevir"ə 0-1 hesabı ilə uduzub.
Azərbaycan I Liqası
17-ci tur
7 mart
14:00 "Karvan" 3-2 "Zaqatala"
14:00 "İmişli" 0-1 "Mingəçevir"