AZ

Parkda 35 yaşlı kişi sevgilisini döydü — TƏFƏRRÜAT

Bakının Nizami rayonunda 1990-cı il təvəllüdlü Zamin şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı qeyri-rəsmi münasibətdə yaşadığı Nərminə (adlar şərtidir – red.) xəsarət yetirib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə rayon ərazisində yerləşən “Heydər Əliyev” adına parkda baş verib. Zamin qeyri-rəsmi münasibətdə olduğu Nərmin ilə bir yerdə parkda oturacaqda oturub.

Onlar söhbət edərkən Nərminin cibindən yerə düşmüş mobil nömrə sim kartının özünə məxsus olmaması barədə yalan məlumat verməsi ilə əlaqədar aralarında baş vermiş mübahisə zamanı onu nalayiq ifadələrlə təhqir etməsi səbəbindən əli ilə sifət nahiyəsinə qəsdən şillə vurub. 

Hadisəni törədən Zaminin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Zamin ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, saat təxminən 18 radələrində qısqanclıq zəminində Nərminə bir dəfə şillə ilə sifət nahiyəsinə vurub. 

Bu cinayət işinə Nizami Rayon Məhkəməsində baxılıb. Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasının, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasının nəzərə alıb. Bu səbəbdən onun barəsində olan cinayət təqibinə xitam verilib. 

Fariz Məlikli
Demokrat.az
Seçilən
9
demokrat.az

1Mənbələr