AZ

Azərbaycanla Venesuela arasında konsulluq məsləhətləşmələri keçirilib

Yazını böyüt
Yazını kiçilt

Martın 6-da Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Venesuela Bolivar Respublikasının Xarici İşlər üzrə Xalq Hakimiyyəti Nazirliyi arasında videokonfrans formatında ilk konsulluq məsləhətləşmələri keçirilib.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən hafta.az-a verilən məlumata görə, məsləhətləşmələrdə Azərbaycan nümayəndə heyətinə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Konsulluq idarəsinin rəisi Emil Səfərov, Venesuela nümayəndə heyətinə isə Venesuela Bolivar Respublikasının Xarici İşlər üzrə Xalq Hakimiyyəti Nazirliyinin Konsulluq əlaqələri ofisinin baş direktoru Maria Rafaela Suarez Hernandez rəhbərlik ediblər.

Görüşdə Azərbaycanın Venesuela Bolivardakı səfiri Ruslan Rzayev, Venesuela Bolivarın Azərbaycandakı səfiri Kristofer Martinez iştirak ediblər.

Məsləhətləşmələr zamanı Azərbaycan və Venesuela Bolivar arasında konsulluq sahəsində əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri, bu sahədə ikitərəfli müqavilə-hüquq bazasının genişləndirilməsi imkanları müzakirə olunub.

Eyni zamanda, məsləhətləşmələr çərçivəsində rəqəmsal konsulluq xidmətlərinin göstərilməsi sahəsində qabaqcıl təcrübə mübadiləsinin aparılmasının əhəmiyyəti vurğulanıb.

Bundan əlavə, ölkələrimiz arasında miqrasiya, əmək, sosial müdafiə və digər sahələrdə əməkdaşlıq məsələləri nəzərdən keçirilib.

Seçilən
45
9
hafta.az

10Mənbələr