Murad Ağarzayev Bakıda keçirilən idman gimnastikası üzrə Dünya kubokunda dayaqla tullanmada finala yüksəlib.
"Football-plus.az" xəbər verir ki, Azərbaycan gimnastı yarışın təsnifat mərhələsində yeddinci nəticə göstərib. O, çıxışına görə 12.966 xal alaraq finala yüksəlib. Mingi Huanq (Çin) isə 14.300 xalla birinci nəticəni göstərib.
Qeyd edək ki, ötən gün Dəniz Əliyeva dayaqla tullanmada və Nikita Simonov halqalarla hərəkətlərdə finala vəsiqə qazanıblar.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta