AZ

"Ermənistan və Rusiya sevişməyi bacarır, lakin onların boşanmağa cəsarətləri çatmır" -ŞƏRH

Ermənistan 2025-ci ilin sonuna qədər KTMT-nin büdcəsinə haqqı ödəməsə, o zaman təşkilata üzv ölkələr müxtəlif ssenariləri nəzərdən keçirə bilər, amma yəqin ki, heç kimi qovmayacaqlar.
 Bunu Rusiya XİN rəhbərinin müavini Aleksandr Pankin deyib. 
O bildirib ki, yanvarın 1-nə (2026-cı il) qədər iki il ödənişin edilmədiyi bir vəziyyət yaranarsa, ölkələr müxtəlif ssenariləri nəzərdən keçirə bilər. 

AĞ partiya sədrinin birinci müavini, politoloq Əhəd Məmmədli “Sherg.az”a söyləyib ki, Ermənistan könüllü şəkildə KTMT-dən çıxmayana qədər heç kəs onu təşkilatdan uzaqlaşdıran deyil:

“Çünki bu Rusiyanın maraqlarına cavab vermir. KTMT-yə üzv olan ölkə sayı onsuz da azdır və həmin dövlətdən biri çıxarsa, bu Rusiyanın regionda nüfuzunun azalmasına səbəb olacaq. Ermənistanın KTMT-yə pul verməməsi Rusiyanı hansısa provakativ addımlar atmağa məcbur edir. Lakin Rusiya həmin addımlara getməyəcək. Rusiya indiyə qədər Ermənistanın bütün şıltaqlıqlarına dözüb, bundan sonra da göz yumacaq. Ümumiyyətlə Rusiya bir neçə dəfə Paşinyanı daxildən devirməyə cəhd göstərdi, amma nail ola bilmədi. Digər tərəfdən baxdıqda isə Paşinyan iqtidarı dönəmində Rusiya və Ermənistan ticarət əlaqələri ən yüksək səviyyəyə qalxıb. Ermənistan balaca ölkə olaraq Rusiyaya nə sata bilər ki? Görünən odur ki, Rusiya sanksiyalardan qaçmaq üçün Ermənistan ərazisindən istifadə etməkdədir. Rusiya və Ermənistanın ticarət əlaqələrinin Paşinyan iqtidarı dönəmində yüksəlməsi rəsmi Moskvanın da maraq dairəsindədir. Ermənistan və Rusiya sevişməyi bacarır, lakin boşanmağa cəsarətləri çatmır”.
Seçilən
9
sherg.az

1Mənbələr