UEFA Grow proqramı çərçivəsində milli assosiasiyaların potensialını maksimum dərəcədə artırmaq, bilik mübadiləsini gücləndirmək və onları bir araya gətirmək məqsədilə Marketinq və Kommersiya İşləri Konfransı təşkil edilib.
İdman.biz xəbər verir ki, AFFA-nın əməkdaşları da UEFA-nın keçirdiyi həmin konfransda iştirak ediblər.
Tədbir Yunanıstanın paytaxtı Afinada yerləşən “Grand Hyatt Athens” hotelində baş tutub. İki günü əhatə etmiş konfransda futbol və digər sektorlar üzrə ən son trendlər, innovasiyalar müzakirə olunub.
UEFA Grow proqramı çərçivəsində təşkil olunan bu konfrans milli assosiasiyaların marketinq və kommersiya sahəsində qarşılaşdıqları çağırışlara uyğun həll yollarını tapmağı, habelə futbol sənayesinin gələcəyini formalaşdırmağı hədəfləyir.
İdman.biz