AZ

Azərbaycanın Milli Qəhrəmanı - Xocalı soyqırımı şəhidi Hikmət Nəzərlinin doğum günüdür

Hikmət Nəzərli 7 mart 1966-cı ildə Bakı şəhərində anadan olub.

QHT.az xəbər verir ki, o, 1984-1986-cı illərdə hərbi xidmətdə olub və xidmətini başa vurduqdan sonra DİN-nin yanğından mühafizə idarəsində işləməyə başlayıb. Bu zaman ermənilərin Qarabağda törətdikləri vəhşiliklərə dözə bilməyən Hikmət Nəzərli könüllü olaraq orduya yazılıb. Ağdam rayonu istiqamətində gedən döyüşlərə qatılan Hikmət Nəzərli Umudlu kənd sakinlərinə kömək edərkən yaralanıb, lakin müalicə olduqdan sonra yenidən cəbhəyə üz tutub.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni hərbi birləşmələrinin Rusiyanın 366-cı motoatıcı alayının köməyi ilə törətdiyi Xocalı soyqırımı zamanı Hikmət Nəzərli düşmənə müqavimət göstərərək dinc əhalinin buradan çıxmasına şərait yaradıb. Bu döyüşdə xeyli erməni quldurunu məhv edən və son anda döyüşçü dostları ilə meşəyə çəkilən Hikmət Nəzərlinin sonrakı taleyi barədə heç bir məlumat əldə etmək mümkün olmayıb.

Azərbaycan Respublikası Prezidentinin 9 sentyabr 1992-ci il tarixli fərmanı ilə Nəzərli Hikmət Baba oğlu ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb.

Ruhu şad olsun!

Seçilən
20
qht.az

1Mənbələr