AZ

İranda idmançı 18 tonluq təyyarəni hərəkət etdirərək dünya rekordu vurub

Təbriz şəhərindən olan iranlı idmançı xanım Qiti Musəvi 18 ton ağırlığında olan təyyarəni hərəkət etdirərək Ginnesin Rekordlar Kitabına düşüb.Missiya.Az xəbər verir ki, bu barədə Mehr agentliyi məlumat yayıb.

İdmançının sözlərinə görə, İranın hüquq-mühafizə orqanları onun dünya rekordu vurmaq istəyini dəstəkləyib. Musəviyə sınaq üçün təyyarə verən də məhz onlar idi.

“Mən uzun müddətdir idmanla ciddi məşğul olmuşam, əvvəllər yük maşını sürükləməyi bacarmışam”, - o deyib.

İdmançı üç il ərzində hər gün 2-3 saat məşq edib. Dərslər peşəkar təlimçilərin rəhbərliyi altında keçirilib. Əlavə edib ki, onun üçün qadınların güclü, qətiyyətli və özünə güvənən olduğunu sübut etmək vacibdir. Musəvi dünyada heç bir qadının etmədiyi bir işi görmək istəyib və bacarıb.

Zərintac MayisqızıMissiya.Az

Seçilən
10
2
missiya.az

3Mənbələr