AZ

Avropa Ukraynaya ordu göndərsə... – KTMT hazırdır!

KTMT AB qoşunlarının Ukraynaya mümkün yerləşdirilməsi halında yardım üçün müxtəlif variantlar təklif etməyə hazır olacaq.

Axar.az xəbər verir ki, bunu KTMT Baş katibi İmanqali Tasmaqambetov deyib.

AB-nin hərbi kontingentinin Ukraynaya mümkün göndərilməsi ilə bağlı sualı cavablandıran Tasmaqambetov qeyd edib ki, bu cür təşəbbüslər Avropada əvvəllər də müzakirə olunub, lakin potensial risklər səbəbindən hələ də həyata keçirilməyib:

“Bu kontingentlər hələ də rəsmi olaraq orada yoxdur. Səbəb odur ki, bu, regional miqyasda təhlükəli vəziyyət yarada bilər. Üstəlik, iqtisadiyyatda və sosial sahədə artan neqativ hallardan təngə gələn Avropa ölkələrinin əhalisi çətin ki, hökumətlərinin belə bir qərarını bəyənsin. Axı, bu kontingentlər hücum əməliyyatlarında iştirak etməsə də, məsələn, polis və ya müşahidə funksiyalarını yerinə yetirsə belə, bu, cəmiyyətin çiyinlərinə əlavə yük olacaq. Belə risklər yaranarsa, KTMT təşkilatın nizamnamə sənədlərində nəzərdə tutulmuş və bütün üzv dövlətlər tərəfindən təsdiq edilmiş çərçivədə müxtəlif yardım variantları təklif etməyə hazır olacaq”.

Seçilən
68
4
herbiand.az

5Mənbələr