AZ

Ombudsman 2024-cü il üzrə məruzəsini Milli Məclisdə təqdim edib


Mətbuat xidmətindən Azia.az-a verilən məlumata görə, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva 2025-ci il martın 7-də “Azərbaycan Respublikasında insan hüquqlarının qorunması haqqında” 2024-cü il üzrə məruzəsi ilə Milli Məclis qarşısında çıxış edib.

Çıxışdan əvvəl Ombudsman və Aparatın əməkdaşları Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edərək, xatirəsini dərin ehtiramla yad ediblər. Fəxri xiyabanda görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın əziz xatirəsi də hörmətlə anılıb.

Sonra Şəhidlər xiyabanı ziyarət edilib, vətənimizin suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsi hörmətlə yad olunub.

Daha sonra media nümayəndələrinə müsahibə verən Səbinə Əliyevə illik məruzənin Milli Məclisdə təqdimatı zamanı qeyd olunacaq məsələlər barədə məlumat verib. Müvəkkil məruzədə təqdim olunmuş təklif və tövsiyələrin müxtəlif əhali qruplarının hüquqlarının müdafiəsinin effektiv təmininə xidmət etdiyini bildirib.

Milli Məclisdə çıxışı zamanı Ombudsman ötən il ərzində ölkəmizdəinsan hüquq və azadlıqlarının müdafiəsi ilə bağlı vəziyyət, görülmüş işlər, mövcud problemlər və qarşıda duran vəzifələrlə bağlı geniş məlumat verib. Müvəkkil məruzədə ölkəmizdə insan hüquq və azadlıqlarının daha səmərəli təmini və müdafiəsi məqsədilə bir sıra təklif və tövsiyələr verib.


Qeyd edək ki, Ombudsmanın 2024-cü il üzrə məruzəsi təsisatın rəsmi internet saytında yerləşdirilib və geniş ictimaiyyətə yayımlanması üçün müvafiq mətbuat subyektlərinə təqdim olunub.


Seçilən
8
azia.az

1Mənbələr