AZ

2024-cü ildə Ermənistan ordusunda 40 hərbçi ölüb

2024-cü ildə Ermənistan Silahlı Qüvvələrinin 40 hərbçisi ölüb.

“Report” Ermənistan KİV-ə istinadən xəbər verir ki, bunu baş prokurorun müavini, hərbi prokuror Qriqor Elizbaryan qurumun 2024-cü ildəki fəaliyyətinin yekunlarına həsr olunmuş müşavirədə bildirib.

Onun sözlərinə görə, onlardan 27-si xidməti vəzifələrinin icrası zamanı ölüb, 7 nəfər intihar edib, 5 nəfər öldürülüb, 4 nəfər isə yol-nəqliyyat hadisələrinin qurbanı olub.

Qeyd edilib ki, ötən il silahlı qüvvələr sistemində 2 093 cinayət işi qeydə alınıb ki, bunun da 1 331-i ehtimal olunan cinayət, o cümlədən 715-i hərbi cinayət, 762-si bədbəxt hadisə, 178-i isə ağır cinayət olub.

Seçilən
30
3
report.az

4Mənbələr