Xəbər verdiyimiz kimi, martın 5-də Göygöldə qardaş və iki bacısı zəhərlənərək ölüb.
Redaktor.az-ın “Qafqazinfo”ya istinadla məlumatına görə, hadisə zamanı 1990-cı il təvəllüdlü S. Müseyibova, 1999-cu il təvəllüdlü S. Hüseynli və onun bacıları - 2000-ci il təvəllüdlü Münəvvər Hüseynova və 2004-cü il təvəllüdlü Xatirə Hüseynova vəfat ediblər.
Qeyd edək ki, bədbəxt hadisə nəticəsində həyatını itirən X.Hüseynova Gəncə Dövlət Universitetinin 4-cü kurs tələbəsi olub.
25 yaşlı Münəvvər Hüseynova isə Şəmkir rayonunun Səməd Vurğun adına qəsəbə tam orta ümumtəhsil məktəbində Azərbaycan dili və ədəbiyyatı ixtisası üzrə dərs deyirmiş.
Faktla bağlı araşdırma aparılır.