AZ

Ağstafada şəhid ailələri ziyarət olunub

8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə Yeni Azərbaycan Partiyası Ağstafa rayon təşkilatının əməkdaşları və fəal gəncləri partiya üzvü olan bir qrup şəhid analarını evlərində ziyarət edərək onların bayramlarını təbrik ediblər.

Görüşdə Yeni Azərbaycan Partiyası Ağstafa rayon təşkilatının əməkdaşları torpaqlarımız uğrunda şəhid olmuş qəhrəman övladların ana və bacılarını bayram münasibətilə təbrik edərək, onlara xoş arzularını bildiriblər. Şəhid analarına bütün xalqımızın fəxr etdiyi övladlar böyütdükləri üçün təşəkkür edilib.

Göstərilən qayğı və diqqətə görə şəhid ailəsinin üzvləri öz minnətdarlıqlarını ifadə ediblər.

Seçilən
22
yeniazerbaycan.com

1Mənbələr