AZ

Türkiyə Ukraynaya sülhməramlı GÖNDƏRƏCƏK? – “Nə Rusiya, nə də Qərb buna aqressiya göstərər”

“Türkiyə əvvəldən sona qədər bu münaqişənin həllində maraqlı olub”.

Bunu Yenicag.az-a açıqlamasında türk sülhməramlıların Ukraynada yerləşdirilməsinin proseslərə mümkün təsirindən danışan politoloq Aydın Quliyev deyib.

Onun sözlərinə görə, həm Rusiya, həm də Ukraynanın Türkiyə ilə normal münasibətləri kontekstində Ankaranın proseslərdəki iştirakı ciddi arqument kimi nəzərə alınarsa, sülhməramlı qüvvələrdə onun iştirakı məqbul sayıla bilər.

“Türkiyə yeganə ölkədir ki, onun sülhməramlı qüvvələrdəki təmsilçiliyinə nə Rusiya, nə də Qərb aqressiya göstərər. Bu isə yalnız və yalnız fayda deməkdir”, – deyə o bildirib.

Ətraflı tam olaraq videomaterialda:

Nəsimi Ələsgərli

Samir Məcidov

Seçilən
32
yenicag.az

1Mənbələr