AZ

Yevlaxın Baş Planının hazırlanmasına dair hazırlıq işləri müzakirə edilib

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Yevlaxa səfər zamanı yerli İcra Hakimiyyətinin başçısı Anar Tağıyevlə birlikdə şəhərin növbəti Baş Planının hazırlanması ilə bağlı hazırlıq işlərini müzakirə edib.

Far.Az xəbər verir ki, bu barədə Komitə sədri Anar Quliyev "X" sosial şəbəkəsindəki hesabında bildirib.

Onun sözlərinə görə, şəhərin davamlı inkişafının təmin edilməsi istiqamətində də geniş fikir mübadiləsi aparılıb.

Seçilən
4
1
far.az

2Mənbələr