AZ

Abramoviçin BAŞI DƏRDDƏ – Pulları Ukraynaya VERİLİR

Böyük Britaniya hökuməti rusiyalı iş adamı Roman Abramoviçi “Çelsi” futbol klubunun satışından əldə etdiyi pula görə məhkəməyə verməyi planlaşdırır.

Tribunainfo.az xəbər verir ki, bu barədə “The Guardian” məlumat yayıb.

“Hökumət ilə Abramoviç arasında pulların hansı məqsədlə xərclənməsi barədə əsaslı fikir ayrılıqları mövcuddur və görünür ki, qanun bu problemi həll etməyin yeganə yolu olacaq”, – hökumətdəki mənbə bildirib.

“The Guardian” yazır ki, məmurlar hazırda Abramoviçin şirkətlərindən birində bank hesabında olan 2 milyard funt-sterlinqdən çox vəsaiti Ukraynaya kömək etmək üçün yönəltmək istəyirlər.

2022-ci ilin mayında Abramoviç “Çelsi”ni amerikalı iş adamı Todd Beylinin rəhbərlik etdiyi konsorsiuma satıb. Müqavilə 5,33 milyard dollar dəyərində qiymətləndirilib. Rusiyalı milyarder Britaniya hökumətinin sanksiyalarına məruz qaldıqdan sonra komandanı tərk etmək məcburiyyətində qalıb. Bundan sonra klub bir dəfə də olsun kubok qazanmayıb.

Qeyd edək ki, Abramoviç “Çelsi”ni 2003-cü ildə alıb. Bu müddət ərzində klub 5 dəfə İngiltərə çempionu olub, iki dəfə Çempionlar Liqası və Avropa Liqasının qalibi olub.

Seçilən
11
tribunainfo.az

1Mənbələr