AZ

ABŞ və Ukrayna arasında sazişin imzalanacağı vaxt bilindi

Ukrayna Xarici İşlər Nazirliyinin sözçüsü Georgi Tixiy, gələn həftənin əvvəlində Səudiyyə Ərəbistanında Ukrayna və ABŞ arasında nadir torpaq mineralları sahəsində əməkdaşlıq haqqında sazişin imzalanmasının mümkünlüyünü təsdiqləyib.

"Unikal" xəbər verir ki, bu barədə o, "RBC-Ukrayna"ya bildirib.  

“Hesab edirəm ki, şübhəsiz ki, Səudiyyə Ərəbistanında baş tutacaq bu görüş ABŞ ilə faydalı qazıntılar üzrə saziş imzalamaq üçün səbəblərdən biridir", - deyə Tixiy bildirib. 

Bununla belə, o, təfərrüatları açıqlamayıb.

Seçilən
27
2
unikal.az

3Mənbələr