Azərbaycan I Liqası növbəti turunda “Karvan” doğma meydanda “Zaqatala”nı qəbul edib.
İdmanxeber.az-ın məlumatına görə, görüşdə qonaqların futbolçusu Cəlal Cəbrayılov ciddi zədə alıb. Hücumçunun burnu qırılıb.
Dərhal xəstəxanaya aparılan oyunçuya ilkin yardım göstərilib. Cəbrayılovun saytımıza verdiyi məlumata görə, həkimlər futbolçunun əməliyyat olunmalı olduğunu bildirib.
Xatırladaq ki, görüş “Karvan”ın 3:2 hesablı qələbəsilə başa çatıb.