AZ

Atəşkəsi pozan İsrailin Qəzzaya hücumu: 2 fələstinli ölüb



İsrail ordusunun atəşkəsə baxmayaraq Qəzza şəhərinə hücumu nəticəsində 2 fələstinli həyatını itirib.
Fələstinin WAFA xəbər agentliyinin məlumatına görə, İsrail ordusuna məxsus pilotsuz uçuş aparatı Qəzzanın şərqindəki Şucayya rayonunda Əl-Mütasim məscidi yaxınlığındakı Mənsura küçəsində fələstinliləri hədəf alıb.
İsrailin hücumunda Ala İmad Eslim və Məhəmməd Sübhi Eslim həyatını itirib, çox sayda insan yaralanıb.

İsrail ordusunun dünən Şucaiyye rayonunda evlərini görmək üçün qayıdan fələstinliləri hədəfə aldığı hücumda 3 nəfər həyatını itirib.

Yanvarın 19-da qüvvəyə minən Qəzzada atəşkəs və əsir mübadiləsi razılaşmasının 42 günlük birinci mərhələsi martın 1-də başa çatıb.

Bildirilir ki, İsrailin baş naziri Binyamin Netanyahunun fevralın 3-də başlaması nəzərdə tutulan müqavilənin ikinci mərhələsi danışıqlarını əngəlləyib.

Martın 2-də İsrail Baş nazirinin dəftərxanasından verilən açıqlamada Netanyahunun Qəzza zolağına hər cür humanitar yardım materiallarının girişini dayandırmağa qərar verdiyi açıqlanıb.

Netanyahu Qəzza zolağında atəşkəs və əsir mübadiləsi razılaşmasının birinci mərhələsinin ikinci mərhələyə keçmək əvəzinə, Ramazan ayının sonuna qədər uzadılmasını istəyir.

İsrailin 7 oktyabr 2023-cü il tarixindən atəşkəs razılaşmasına qədər Qəzza zolağına təşkil etdiyi hücumlarda təxminən 17 min 881-i uşaq, 12 min 316-sı qadın olmaqla, 48 min 446 fələstinli həyatını itirdi, 111 min 852 nəfər isə yaralandı.

Dağıntılar altında hələ də minlərlə ölü olduğu bildirilərkən, insanların sığındığı xəstəxana və təhsil müəssisələri hədəfə alınıb, mülki infrastruktur da məhv edilib.

İsrail razılaşmadan sonra atəşkəsi tez-tez pozur.



Seçilən
20
aia.az

1Mənbələr