"Liverpul"un baş məşqçisi Arne Slot Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyunlarında keçirilən PSJ ilə matçdan (1:0) danışıb.
QOL.az xəbər verir ki, o, İngiltərə Premyer Liqasında "Sauthempton"la görüşdən öncə keçirilən mətbuat konfransında deyib:
"Biz bəxtimiz bir az deyil, çox, çox, çox gətirdi! Amma Maykl Cordan dediyi kimi, nə qədər işləsəniz, bir o qədər də bəxtiniz olacaq".
Qeyd edək ki, "Liverpul" - "Sauthempton" matçı sabah, Bakı vaxtı ilə saat 19:00-da başlayacaq. ÇL-də PSJ-yə qarşı cavab görüşü isə mart ayının 12-də keçiriləcək.