AZ

At və eşşək əti

Dünyanın bir çox ölkələri var ki, orada at və eşşək əti bəh- bəhlə  yeyilir və ona matah mal kimi baxırlar.

Bununla yanaşı, eşşək əti və eşşək südü bir çox xəstəliklərin dərmanıdır. Biz uşaq olanda göy öskürək tutmuşduq və Hidayət həkim nə qədər dərman yazdı, hamısını qəbul eləsək də, amma öskürəyimiz  kəsmədi. Axırda rəhmətlik anam Yüsür  kişigilə gedib,eşşək südü aldı və bizə dedi ki, inəyimizin südüdür, için! Biz də üç qardaş o südü içdik və sağaldıq.

Deyirlər ki, bu gün bir litr eşşək südünü 50 manata satırlar. Çünki o, min bir dərdin dərmanıdır. Bizdə də , at və eşşək ətinin satışı qadağan edilməyib. Sadəcə olaraq Orta Asiya ölkələrində həmin ətin üstünə yazılır ki, bu, satılan ət at və eşşək ətidir. Bizdə isə at və eşşək ətinin dana , inək  əti altında satırlar. Özü də xəstə heyvanları.

Bu isə birmənalı olaraq qanun  pozuntusudur. Və işi görən adamlar inzibati və cinayət məsuliyyəti daşıyırlar!Ona görə də at və eşşək əti satanlar onu öz adı ilə satışa çıxarmalıdırlar. Üstəlik də satışa çıxarılan at və eşşək əti sağlam olmalıdır. Təbii ki, belə hər şey aydın olanda kimin ürəyi həmin ətdən istəyirsə, ala bilər!

Emil Faiqoğlu

Seçilən
31
adalet.az

1Mənbələr