AZ

Əli Mustafa: "ABŞ-nin Xəzərə gəlişi böyük güclərin maraqlarına təsir edir" – ÖZƏL

ABŞ mətbuatının yazdığına görə, prezident Donald Tramp Rusiya-Ukrayna müharibəsini tez bir zamanda bitirməyə çalışmaqla yanaşı, Xəzər neftinə də maraq göstərir. Bildirilir ki, o, regiona "Ağ Evin xüsusi nümayəndəsi"ni təyin edərək enerji sazişləri imzalaya bilər. Bu addım Trampın həm müharibəyə müdaxiləsini, həm də Xəzər bölgəsində ABŞ-nin enerji maraqlarını gücləndirmək istəyini göstərir.

Mövzu ilə bağlı siyasi şərhçi Əli Mustafa Olaylar.az-a bildirib ki, Trampın Xəzər reg

ionunda enerji və strateji təsirini artırmaq cəhdi bölgədəki güc balansına təsir edə bilər, lakin Rusiya, Çin və İranın maraqları bu prosesi çətinləşdirəcək:

"Son 100 ildə Xəzər nefti dünyanın böyük güclərinin daim diqqət mərkəzində olub. Sovetlərə qədər, sovetlər dönəmində və xüsusilə sovetlər dağılandan sonra bu regiona Qərbin böyük neft şirkətləri gəliblər. Onlar bir formada buradakı neft-qaz yataqlarının istismarında iştirak ediblər, öz paylarını alıblar və bölgə təbii ki, çox böyük neft-qaz ehtiyatlarına malik olduğuna görə yenə də dünyanın böyük şirkətlərinin, böyük güclərin maraq dairəsində qalmaqda davam edir. Əlbəttə, bu bölgə Rusiya və Çin üçün olduqca əhəmiyyətlidir. Təbii ki, Xəzər dənizi, yəni Xəzər Su hövzəsi yalnız zəngin  karbohidrat ehtiyatları ilə deyil, həm də çox əhəmiyyətli strateji mövqeyinə görə geopolitik baxımdan da əhəmiyyətlidir. Çinin "Bir  kəmər bir yol" layihəsinin üzərində yerləşir. Ümumiyyətlə, Çindən  Avropaya gedən yollar, xüsusilə Orta yolun Xəzər üzərindən keçməsi Xəzərin əhəmiyyətini daha da artırır. Eyni zamanda Xəzər Rusiya üçün də olduqca əhəmiyyətli bir su hövzəsidir. Yəni Xəzərətrafı ölkələr, Azərbaycan, Qazaxıstan, Türkmənistan hər zaman Rusiyanın xüsusi diqqət mərkəzində olub və ümumiyyətlə Xəzər dənizinə nəzarət etmək uğrunda açıq və gizli, daim bir mübarizə və savaş var. Belə bir şəraitdə ABŞ-nin bura gəlməsi bölgədəki böyük güclərin maraqlarına çox ciddi təsir edir. Yəni  Xəzəri Tramp nəzarətə götürmək istəyir. Əlbəttə, bunu gerçəkləşdirmək o qədər də asan deyil. Amma indi hələ ki, Trampın dünyada bir ağırlığı var. Müəyyən qədər biz görürük ki, dünyanın bir çox bölgələrinə ciddi müdaxilə edir. Amma eyni zamanda onun müdaxiləsi  dünyadakı sabitliyi hər gün bir qədər pozur, gərginlik yaradır və dünyanın bir çox ölkələrinin , dövlətlərin artıq ABŞ ilə qarşıdurmada olduğunu görürük. Yəni bu baxımdan əgər həqiqətən də Trampın belə niyyəti varsa, yəqin ki, əlini çaba tutar. Çünki irəliləyən zaman ola bilsin ki, ABŞ-nin buradakı istəklərini gerçəkləşdirməkdə müəyyən çətinliklər yarada bilər. Ümumiyyətlə Çin-ABŞ qarşıdurması fonunda Xəzərə nəzarət etmək, Xəzər bölgəsində neft-qaz yataqlarına sahiblənmək, əlbəttə, çox da asan olmayacaq. Xüsusilə Çinin Qazaxıstan və Türkmənistan üzərində ciddi nəzarətini nəzərə alsaq bu ehtimal daha da az olur. Eyni zamanda İran və Rusiyanın da bu gün hələ ABŞ və Çin arasında qaldığını desək, yəni bu çox sadə bir məsələ deyil. Amma bütün hallarda biz son vaxtlar onu müşahidə edirik ki, Tramp həqiqətən dünyanın zənginliklərinə, faydalı qazıntılarına son dərəcə həssasdır. Elə Qrenlandiyadakı nadir torpaq elementlərinə bir formada diqqət yetirir. Kanadaya, Meksikaya hansısa formada nəzarət etmək istəyir. Panama kanalını artıq nəzarətə götürdüyü qeyd olunur. Yəqin ki, hətta Şimal qütbündə belə o neft-qaz ehtiyatlarından pay almağa çalışır və s. Yəni çox iştahlı bir prezident kimi diqqəti cəlb edir.  Amerika dünyanın hələ ki fövqəldövlətidir. Region ölkələrinin də bu məsələdə mövqeyi əhəmiyyətlidir. Yəni hələ Amerikanın istədiyi azdır. Gərək Azərbaycan, Qazaxıstan, Türkmənistan, Rusiya, İran da bu məsələdə razılıq versim. Məncə, bu ölkələrin içində, xüsusilə İran-ABŞ münasibətlərində olan gərginlik təbii ki, bu da müəyyən maneələr vəd edir. Hər halda yaxın zamanlarda bunu müşahidə etmək olar. Hər halda  ABŞ bölgəyə gələrsə, əlbəttə ki, burada müəyyənləşmiş o güc balansına da təsir edəcək. Xüsusilə İranın və Rusiyanın Xəzər üzərindəki üstün gücünün zəifləməsi gerçəkləşə bilər və bölgə üzərində, ümumiyyətlə bu su hövzəsi üzərindən olan Trans-Xəzər yolunun, yəni logistika məsələlərinə də ABŞ-nin nəzarəti güclənə bilər".

Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
11
olaylar.az

1Mənbələr