AZ

DubinskiZalujnı və Zelenskini eyni dərəcədə axmaq adlandırıb..?

Ukrayna Silahlı Qüvvələrinin keçmiş baş komandanı Valeriy Zalujnı da Ukrayna prezidenti Vladimir Zelenski qədər axmaqdır.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu Ukrayna Ali Radasında dövlətə xəyanətdə ittiham olunaraq istintaq təcridxanasında olan Aleksandr Dubinski deyib.

O, bunu Zalujnının ABŞ-ın “dünya nizamını pozmaqda” günahkar olması ilə bağlı sözləri ilə bağlı deyib.

Deputatın sözlərinə görə, Zalujnı Zelenski ilə “ahəngdə oxuyur”.

O, həmçinin hər ikisinin Britaniya kəşfiyyat agentliyi MI6-dan ortaq bir idarəçi ola biləcəyini deyib.

Dubinski deyib ki, bu cür bəyanatlara görə ABŞ ona “Şimal axını” və “Şimal axını 2” qaz kəmərlərinin partladılmasını xatırladacaq.

Daha əvvəl Zalujnı bildirib ki, ABŞ dünya nizamını məhv edir və Qərb dünyasının birliyini şübhə altına alır.

Onun sözlərinə görə, Vaşinqton təhlükəsizlik məsələlərini ABŞ-ın iştirakı olmadan Avropaya həvalə etməyə çalışır. Zalujnı faktiki olaraq Zelenskini tiranlıqda ittiham etdi. O, Ukraynada cəbhəyə göndərmək üçün adamları tutduqlarına eyham vurub.

Əli Babayev

Seçilən
30
sia.az

1Mənbələr