AZ

Şiddətli töhmət alan məktəb direktoru və müəllim işdən çıxarıldılar

Gəncə şəhər İsmət Qayıbov adına 1 nömrəli tam orta məktəbin müəllimi və direktoru tutduğu vəzifədən azad ediliblər.

Bakıvaxtı.az xəbər verir ki, məktəbdə qanun pozuntuları və vəzifə səlahiyyətlərinin düzgün icra edilməməsi ilə bağlı hüquq-mühafizə orqanlarına və Gəncə Şəhər Təhsil İdarəsinə ünvanlanan müraciət əsasında araşdırma aparılıb.

Aparılan yoxlamalar nəticəsində 5A sinifinin sinif rəhbəri Abbasova Günay Pənah qızının vəzifə səlahiyyətlərini düzgün icra etmədiyi müəyyən edilmiş və o, sonuncu xəbərdarlıqla şiddətli töhmət alıb. Bundan əlavə, məktəbin direktoru Gülbəniz Bayramova da vəzifə səlahiyyətlərini düzgün yerinə yetirmədiyinə görə sonuncu xəbərdarlıqla şiddətli töhmət alıb.Yenidən aparılan araşdırma nəticəsində məktəbdə aşkar edilmiş korrupsiya faktları və digər ciddi qanun pozuntuları nəzərə alınaraq, Gülbəniz Bayramovanın məktəb direktoru vəzifəsinə xitam verilmişdir.

G. Bayramova bir il öncə sözügedən məktəbə direktor təyin olunub.

Seçilən
67
6
bakivaxti.az

7Mənbələr