AZ

Füzuli Məmmədov: “Üzərimizdəki təzyiq bizi bir-birimizə daha sıx bağladı”

“Bilirdik ki, çox yaxşı komandaya qarşı oynayacağıq. Görüşə çox ciddi hazırlaşmışdıq”.

Bu sözləri apasport.az saytına açıqlamasında Füzuli Məmmədov deyib.

“Mingəçevir”in baş məşqçisi “İmişli” üzərində qazanılan qələbəni şərh edib: “Rəqibi detallı təhlil etmişdik və həftə ərzində bunun üzərində çalışdıq. Kollektivlə bu oyun ətrafında xeyli müzakirələr apardıq. Qələbənin nə qədər önəmli olduğunu bildirdik. Hər kəs oyuna tam konsentrasiya ilə çıxdı. Futbolçularım meydanda sona qədər vuruşdular, əllərindən gələni etdilər. Çox xoşdur ki, qalib gəldik”.

PRO kateqoriyalı mütəxəssis komandaya hər zaman inandığını bildirib: “Kluba gələndə nə qədər çətin işin altına girdiyimizi bilirdik. Lakin məşqçilər korpusumun təcrübəsinə, inamına bələd idim. Birlikdə bu komandanı sonuncu pillədən çıxaracağımıza inanırdım. “Mingəçevir”in sükanı arxasında keçirdiyim ilk 2 matçda məğlub olduq. Həmin görüşlərdəki rəqiblərimiz “Qəbələ” və “Zaqatala” idi. Lakin niyəsə çoxları həmin dəqiqə bizim komandanın aşağı liqaya yuvarlanacağını söyləməyə başlamışdı. Bu gün şükürlər olsun, nəinki II Liqaya düşmək, hətta 4-cü pilləyə qalxmaq barədə düşünürük. Kollektivdəki inam, üzərimizdəki təzyiq bizi bir-birimizə daha sıx bağladı. İnandıq və bacardıq. Ümid edirəm ki, bu formada da davam edəcəyik. Yaya ciddi transferlər planlaşdırırıq. Hər şey daha yaxşı olacaq”.

Məmmədov azarkeşləri komandanı dəstəkləməyə çağırıb: Həm idarə heyətinə, həm məşqçilər korpusuna təbriklərimi çatdırıram. Qələbəni azarkeşlərimizə həsr edirəm. Onlar belə qalibiyyətlərə layiqdirlər. Meydana fanatlar üçün çıxırıq. “12-ci oyunçu”nun varlığını hiss edirik və bundan güc alırıq. Növbəti matçlarda hər kəsi stadiona dəvət edirəm”.

Qeyd edək ki, “Mingəçevir” I Liqanın XVII turunda “İmişli”ni məğlub edib – 1:0.

Coşqun Diniyev və Tuncay Şanlı bir komandada - Rəsmi

I Liqa: "Mingəçevir"dən kritik 3 xal - YENİLƏNİB

“Neftçi” – “Turan Tovuz” matçının təyinatları açıqlanıb

Birinci Liqa klubuna danışılmış oyunlarla bağlı seminar keçirilib

Vüsal İsgəndərli: "“Qalatasaray”a qol vurduqdan sonra..." - Müsahibə

Seçilən
15
apasport.az

1Mənbələr