Suriya ordusu Latakiya və Tartus devrilmiş Əsəd rejiminə bağlı silahlı qruplarla savaşa girib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, tərəflər aarsında iki gündür başlayan şiddətli döyüşlərdə ən azı 71 nəfər ölüb, 400-dən çox yaralanan var.
"Yayılan videolarda ordu mənsubları əsir alınanları yerdə süründürür, vurur, təhqir edirlər.".
Xəbərdə o da deyilir ki, iki gündür Suriya ordusunun Latakiya və Tartus əyalətlərinə tanklar, zirehli transportyorlar və çoxlüləli reaktiv yaylım atəşi sistemləri kimi ağır silahlar da daxil olmaqla yüzlərlə maşından ibarət əlavə qüvvələr göndərsə də, hələ də üsyançı qüvvələrin müqavimətini qıra bilmir:
"Üsyançılar hər iki şəhərdə hazırkı rejimə bağlı təhlükəsizlik qüvvələrini mühasirədə saxlamağa davam edir. Ordu birlikləri isə mühasirəni yarmaq üçün PUA və digər ağır texnikalardan istifadə edir. Ancaq hələ də müqavimətı qıra bilməyiblər".
Britaniyada yerləşən Suriya İnsan Haqları Müşahidə Qrupunun məlumatına görə, üsyançılar indiyədək 35 təhlükəsizlik əməkdaşını öldürüb, ordu isə cavab zərbəsi ilə 32 silahlı şəxsi zərərsizləşdirib: "Mülkik şəxslər arasında da ölənlər var".
Tahir Şəlvəli
MİA.AZ