AZ

Politoloq: "Yeni qaz kəməri türk dünyası daxilindəki inteqrasiya proseslərinin sürətlənməsinə töhfə verəcək"

"Bu il mart ayının 5-də Iğdır-Naxçıvan qaz kəmərinin açılışı oldu. Qaz kəmərinin bir çox tərəfdən əhəmiyyəti var. Qaz kəməri Naxçıvanın enerjiyə olan tələbatını tam şəkildə ödəyəcək. İllik 730 milyon kubluq qaz tədarükü ilə Naxçıvan əhalisinin qaza olan tədarükü ödənəcək. Naxçıvanın İrandan qaz tədarükü sahəsində olan asılılığı bitmiş olacaq.

2006-cı ildə Azərbaycanla İran arasında saziş imzalanmışdı. Sazişə əsasən Bakı-Astara xətti ilə Azərbaycan qazı İrana gedirdi. Əvəzində İran svop formasında qazı Naxçıvana verirdi. Uzun illərdir ki, Naxçıvan əhalisinin qaza olan ehtiyacı İrandan keçən tranzit qazla ödənirdi. İran da qaz üçün əlavə ödəniş alırdı.

İndi bu məsələ sona çatdı. İran artıq Naxçıvana qaz tədarükü məsələsindən geosiyasi kart kimi istifadə edə bilməyəcək".

Bu sözləri Demokrat.az-a açıqlamasında politoloq Sultan Zahidov deyib. 

"Digər yandan bu Azərbaycan-Türkiyə qardaşlığını göstərən daha bir fakt kimi tarixə keçdi. Azərbaycan Türkiyə arasında Bakı-Tbilisi-Ceyhan,  Bakı-Tbilisi-Ərzurum kimi layihələrə növbəti enerji layihəsi əlavə olundu.Azərbaycan bu gün Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır. Avropanın 10 ölkəsi ilə enerji sahəsində strateji əməkdaşlığımız mövcuddur. Saziş bir daha türk dünyası daxilindəki inteqrasiya proseslərinin sürətlənməsinə töhfə verəcək".

Əfsanə Kamal
Demokrat.az
Seçilən
9
demokrat.az

1Mənbələr