AZ

Ehtiram Quliyev baş katibin qəbuluna düşdü, and-aman etdi ki...

«Turan Tovuz»un İdarə Heyətinin sədri Ehtiram Quliyev AFFA rəhbərliyi ilə görüşüb.

Bu barədə klubdan redaksiyamıza məlumat daxil olub.

Əyalət təmsilçisindən saytımıza bildirilib ki, E.Quliyev yeni baş katib Ceyhun Fərəcullayevin qəbuluna düşə bilib.

Bir neçə gün davam edən danışıqlardan sonra AFFA-dan qəbul saatı alan sədr sözügedən funksionerlə xeyli söhbətləşib.

Tərəflər federasiya ilə klub arasında münasibətlər və problemləri müzakirə edib.

Quliyev baş katiblə görüşdə iddia eləyib ki, onun AFFA-nın hazırkı rəhbərliyinə böyük simpatiya var və «Şamaxı» ilə Premyer Liqanın 24-cü turunun səfər matçından öncə verdikləri bəyanat onlara qarşı yönəlməyib.

«Turan Tovuz»un birinci şəxsi deyib ki, oyunun şəffaf şəkildə keçirilməsinə şübhələrinin arxasında qeyri-sabit hava şəraiti dayanıb.

Guya, həmin gün Şamaxıya güclü qar yağdığından, qarışlaşmanın baş tutması son saatlara kimi sual altına düşüb. Üstəlik, «CBC Sport»un stadiondan canlı yayım təşkil etməyəcəyi bilinib.

Quliyev əlavə eləyib ki, AFFA İntizam Komitəsinin «Turan Tovuz»u 20 min manat məbləğində cərimələməsinə etirazı yoxdur və qərardan şikayət verməyəcəklər.

O, bu qəbildən olan bəyanatlarla bir daha gündəmə gəlməyəcəklərini söyləyib.

Ceyhun Fərəcullayev də öz növbəsində klubun hakimlik əleyhinə son vaxtlar sərgilədiyi mövqedən təəssüfləndiyini dilə gətirib,

SPORTİNFO.AZ

Seçilən
30
sportinfo.az

1Mənbələr