AZ

"Bu içkilər də zərərinə görə enerji içkilərindən geridə qalmır" —Ekspert AÇIQLADI

"Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) enerji içkilərinin tərkibində olan öyrəşdirici və təsiredici maddələrin maksimum miqdarını müəyyən edib. Azərbaycana idxal olunan və istehsal olunan içkilərdə həmin normalara riayət edilir. Enerji içkilərinin tərkibində 15-dən çox inqirident  olur. Onlardan hər hansı 2-i olduqda həmin içkilər enerji içkisi adlanır. Bu tənzimləmə böyük əhəmiyyət kəsb edir ki, təhlükənin qarşısı alınsın. Enerji içkisi alan istehlakçı məhsulun etiketinə fikir verməlidir. Bu içkiləri 18 yaşına çatmayan, xəstə, yaşlı insanların içməsi məsləhət görülmür. Bir gündə yarım litrdən çox (0.5lt) enerji içkisi içilməməlidir".

Bu sözləri Demokrat.az-a açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri, ekspert Eyyub Hüseynov deyib.

"Azad İstehlakçılar Birliyi adından deyirəm ki, "Coca-Cola", "Pepsi" kimi içkilər də zərərinə görə enerji içkilərindən geridə qalmır. Şirin, qazll, rəngli içkilər insanlarda aludəçilik yaradır. Bu məsələ 3 martda ombudsmanın 101 səhifəlik illik hesabatı zamanı deputat Hikmət Babaoğlu tərəfindən qaldırıldı. Mən isə etiraz etdim ki, 101 səhifəlik hesabatda istehlakçı sözü yoxdur. İstehlakçı hüququ insan hüquqlarının tərkib hissəsi kimi hesabatdan kənarda qalıb. Təəssüf ki, ölkəmizdə istehlakçı siyasəti arxa planda qalıb".


Əfsanə Kamal
Demokrat.az
Seçilən
15
1
demokrat.az

2Mənbələr