Bakı Dəmiryol Vağzalında sərnişin sıxlığı yaranıb.
Bu barədə sərnişinlər BAKU.WS-ə bildiriblər. Həmçinin bildirilir ki, dəmiryolunun bütün qatarları yolda qalıb. Deyilənlərə görə, elektrik xətlərində gərginlik yaranıb.
ADY-nin mətbuat xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, səbəb Bakı-Sumqayıt-Pirşağı qatarında yaranan texniki nasazlıqdır.
"Bakı-Pirşağı-Sumqayıt istiqamətində hərəkət edən qatarların birində texniki nasazlıq yaranıb.
Bir qatar dayananda pik saatlarında digər qatarların da hərəkətinə təsir edir", - məlumatda qeyd edilib.