AZ

Bakı Dəmiryol Vağzalında izdiham - Yenilənib+Video

Hazırda Bakı Dəmiryol Vağzalında qatarların hərəkətində gecikmələr müşahidə olunur, növbələr yaranıb.

Məsələ ilə bağlı ADY-nin mətbuat xidmətindən “Qafqazinfo”ya bildirilib ki, intervallardakı gecikmələr qatarların birində yaranan texniki nasazlıqla bağlıdır:

“Bakı-Pirşağı-Sumqayıt istiqamətində hərəkət edən qatarda texniki nasazlıq meydana gəlib. Həmin qatar xətdə yarım saata yaxın müddətdə qaldığı üçün, bu, digər qatarların da hərəkət qrafikinə təsir edib. Problem qısa müddətdə aradan qaldırılacaq”.

***

ADY-nin mətbuat xidmətindən bildirilib ki, qatarların normal fəaliyyəti artıq bərpa olunub.






Seçilən
33
13
qafqazinfo.az

10Mənbələr