AZ

Beyləqanda kişi spirtli içkidən zəhərlənərək ölüb

Beyləqanda zəhərlənmə faktı qeydə alınıb.

NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, ilkin ehtimala görə, spirtdən zəhərlənən 1996-cı il təvəllüdlü Səyyad Vəlizadə həyatını itirib.

Qohumları onun spirtli içkidən zəhərləndiyini bildirib.

Faktla bağlı Beyləqan rayon prokurorluğunda araşdırma aparılır.

Seçilən
11
19
nocomment.az

10Mənbələr