Kanadanın baş naziri Trüdo keçirdiyi mətbuat konfransında ölkəsi üçün çox çalışdığını deyərkən duyğulandı və göz yaşlarına boğuldu.
Turkustan.az xəbər verir ki, Trüdo açıqlamasında bunları söyləyib: "Kanadalıları şəxsi səviyyədə hər zaman ön sıraya qoyduq, insanları daima qorumağa çalışdıq, bunu hamınıza demək üçün buradayam. Hətta bu hökumətin son günlərində də biz sizinləyik, bu gün və gələcəkdə kanadalıları heç vaxt xəyal qırıqlığına uğratmayacağıq".
"Biz cavabımızda güclü və qətiyyətli olmağa davam etmək istəyirik və bir-birimizin yanında olmağa davam edəcəyik, çünki kanadalıların hazırda hiss etdikləri birlik, əslində bizdən daha böyük olan bir ticarət tərəfdaşına qarşı durmaqda ən vacib şeydir. Hazırda Kanadanın çox, çox güclü bir sövdələşmə mövqeyinə sahib olduğu bir dövrdəyik, çünki biz ölkəmizi qətiyyətlə müdafiə edirik. Amerikalılar tərəfindən başlayan ədalətli və əsassız ticarət müharibəsinə qarşı da bunu davam etdirəcəyik"-deyə, o əlavə edib. .
ABŞ prezidenti Tramp iddia edir ki, Kanada ABŞ-a “yük” olan bir neçə ölkədən biridir.
Trüdo ABŞ prezidenti ilə necə davranacağına dair daxili fikir ayrılıqları və Kanadadan idxal etdiyi mallara tətbiq etdiyi tariflərə görə partiyası tərəfindən istefa verməyə məcbur edildikdən sonra ölkə lideri kimi son həftələrini yaşayır.