Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) Bakıda 91, 145 və 147 nömrəli şəhərdaxili və şəhərətrafı avtobus marşrutları üzrə müsabiqələrin qaliblərini müəyyən edib.
Bu barədə Bizim.Media-ya AYNA-dan məlumat verilib.
Bildirilib ki, 91 nömrəli şəhərdaxili avtobus marşrutu Binəqədi rayonunun Nicat Mustafayev küçəsini Bakı Beynəlxalq Avtovağzal Kompleksi ilə əlaqələndirir, 145 nömrəli şəhərətrafı avtobus marşrutu Mehdiabad qəsəbəsini “Ulduz” metrostansiyası ilə birləşdirir, 147 nömrəli şəhərətrafı avtobus marşrutu isə Məmmədli qəsəbəsini “Azadlıq prospekti” metrostansiyası ilə əlaqələndirir.
Bildirilib ki, 91 nömrəli və 145 nömrəli şəhərətrafı marşrutlar üzrə hüquqi şəxs “Çinar-Trans” MMC, 147 nömrəli marşrut üzrə “BakuBus” MMC qalib elan olunub.
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta