Bakı-Sumqayıt istiqamətində hərəkət edən qatarların normal fəaliyyəti artıq bərpa olunub.
APA xəbər verir ki, bu haqda Azərbaycan Dəmir Yolları QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Hacıyev məlumat verib.
***
19:16
Bakı-Sumqayıt istiqamətində hərəkət edən qatarlar gecikir.
APA xəbər verir ki, Bakı-Sumqayıt istiqamətində hərəkət edən 18:25, 18:35, 18:50 sürət qatarlarının heç biri gəlməyib, sərnişinlər stansiyada qalıb.
ADY-nin mətbuat xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, səbəb Bakı-Sumqayıt-Pirşağı qatarında yaranan texniki nasazlıqdır.
“Bakı-Pirşağı-Sumqayıt istiqamətində hərəkət edən qatarların birində texniki nasazlıq yaranıb.
Bir qatar dayananda pik saatlarında digər qatarların da hərəkətinə təsir edir", - məlumatda qeyd edilib.