AZ

NYT: ABŞ Ukraynaya qurban verilə bilən piyada kimi baxır

Birləşmiş Ştatlar Ukraynaya Rusiya ilə münaqişədən qaçmaq üçün qurban verilə bilən piyada kimi baxır.

Hit.az xəbər verir ki, bu barədə Amerikanın “The New York Times” qəzeti yazır.

“Amerika Rusiyanın hücuma cəsarət etməyəcəyi böyük gücdür, Ukrayna isə qurban verilə bilən bir piyadadır”, deyə nəşr yazır.

Martın 4-də Ağ Ev Ukraynaya hərbi yardımın dayandırıldığını rəsmən təsdiqləyib. Bu qərar fevralın 28-də Ağ Evin Oval kabinetində Amerika lideri ilə Zelenski arasında mübahisədən sonra verilib. Kiyev Rusiya ilə sülh danışıqlarına hazır olduğunu nümayiş etdirməyənə qədər ABŞ-ın Ukraynaya kömək edəcəyi gözlənilmir.

Bundan başqa, ABŞ Ukrayna ilə kəşfiyyat məlumatlarını paylaşmağı dayandırıb. Vaşinqtonun təkidi ilə ingilislər də Kiyevə məlumat verməyi dayandırdılar.

Samir

Seçilən
141
3
hit.az

10Mənbələr