AZ

Daha bir məktəb direktoru işdən çıxarıldı

Daha bir məktəb direktoru işdən çıxarıldı

Gəncə şəhər İsmət Qayıbov adına 1 nömrəli tam orta məktəbin direktoru Gülbəniz Bayramova tutduğu vəzifədən azad edilib. AFN.az xəbər verir ki, o, işində yol verdiyi nöqsanlara gözə vəzifəsindən uzaqlaşdırılıb.Qeyd edək ki, G.Bayramova ötən il sözügedən məktəbə direktor təyin olunub. Ona bir müddət öncə Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi tərəfindən şiddətli töhmət və sonuncu xəbərdarlıq verilib. İşdən çıxarılan direktor Mehdi Mehdizadə adına 4 nömrəli orta məktəbdə müəllimə kimi də işləyib.Xatırladaq ki, bir neçə gün əvvəl Bakıda səsyazısı yazılan 231 nömrəli tam orta məktəbin direktoru Lamiyə İlhamsoy vəzifəsindən azad edilib.

Seçilən
84
19
afn.az

10Mənbələr