AZ

Avstriya Ukraynaya yardımını davam etdirəcəyini açıqladı

Avstriyanın yeni xarici işlər naziri Beate Maynl-Reyzinger Avstriyanın Ukraynaya davamlı dəstəyini təsdiqləyib.

Qaziler.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

Beate Maynl-Reyzinger vəzifəyə gəldikdən sonra ilk dəfə ictimaiyyət qarşısında baş tutan çıxışında ukraynalı həmkarı ilə telefon danışığını qeyd edib və bu zaman o, Vyananın Ukraynaya yardım kursunu davam etdirəcəyinə əmin edib.

“Mən açıq şəkildə bildirdim ki, Avstriyanın Ukraynaya dəstəyi, keçmişdə olduğu kimi, gələcəkdə də dəyişməz qalacaq”, - diplomat qeyd edib.

QAZİLER.AZ

Seçilən
2
1
qaziler.az

2Mənbələr