“Crocus City Hall”da törədilən terroru təşkil etməkdə şübhəli bilinən Məhəmməd Şərifullah saxlanılıb.AFN.az xarici mediaya istinadən xəbər verir ki, o, ABŞ-da yaxalanıb. Bu barədə ABŞ Ədliyyə Nazirliyi məlumat yayıb.Məhəmməd Şərifullah Əfqanıstanda 13 amerikalı əsgərin ölümünə səbəb olan terror hücumu ilə bağlı əməliyyatlar çərçivəsində həbs edilib. İstintaq zamanı o, “Crocus”da terrorçulara göstəriş verdiyini də etiraf edib.Bildirib ki, “Cəfər” ləqəbli terrorçu hücumçulara “Kalaşnikov” avtomatı və digər silahlardan necə istifadə etmək barədə təlimatlar ötürübmüş.ABŞ Ədliyyə Nazirliyinin məlumatında deyilir ki, Şərifulla “Crocus”da törədilən terror aktından sonra həbs edilən 4 nəfərdən ikisini əvvəllər göstəriş verdiyi şəxslər kimi tanıyıb.Şübhəli martın 5-də Virciniya ştatında məhkəmə qarşısına çıxıb. Növbəti məhkəmə prosesi martın 10-da keçiriləcək.“Crocus City Hall”da 2024-cü il martın 22-də bir qrup silahlı yaraqlının “Piknik” qrupunun konserti zamanı kompleksə girərək atışmalara başlayıb. Daha sonra bina alovlanıb və çöküb. Terror aktı nəticəsində azı 145 nəfər həlak olub, yüzlərlə insan yaralanıb.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta