AZ

Yamal: “Flik çox yaxşı adam, amma sərt məşqçidir”

“Barselona”nın 17 yaşlı ispaniyalı sağ cinah hücumçusu Lamin Yamal “blauqrana”nın alman baş məşqçisi Hans-Diter Flik haqda söhət açıb.

Arena.az UEFA-nın rəsmi saytına istinadən, yeniyetmə futbolçunun alman mütəxəssis haqda fikrini təqdim edir:

“Flik – çox yaxşı adamdır. O, həmişə ünsiyyət saxlayar, sənin işlərinlə maraqlanar. Mən ona həm bir insan və həm də bir məşqçi kimi hörmət bəsləyirəm. Flik sərt təsir bağışlayır. Amma bununla yanaşı, o, hər bir oyunçuya bu və ya digər məqamda nəyin gərək olduğunu yaxşı başa düşür”, deyə Yamal vurğulayıb.

Lamin Yamal “Barselona”nın yetirməsidir. İstedadlı yeniyetmə 2022/2023-cü illər mövsümündən Kataloniya təmsilçisinin əsas komandasında çıxış edir.

Yamalın “Barselona” ilə müqaviləsinin müddəti 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Yamal “blauqrana”nın heyətində bütün yarışlarda 36 oyuna çıxıb, 11 qol və 16 məhsuldar ötürmə ilə fərqlənib.

Lamin Yamalın “Barselona”da çıxışının ümumi mənzərəsi 87 oyun, 18 qol və 23 məhsuldar ötürmədən ibarətdir.

Yamal 2023-cü ilin sentyabr ayında debüt etdiyi İspaniya yığma komandasının heyətində 17 oyun keçirib, 3 qol vurub, 8 məhsuldar ötürmə verib.

Lamin Yamalın qənimətlər muzeyində “Barselona” ilə qazandığı İspaniya La Liqası (2022/2023) və İspaniya Super Kuboku (2024/2025) var. Həmçinin Yamal İspaniya yığması ilə AÇ-2024-ün qalibi olub.

“Transfermarkt” internet-portalı 17 yaşlı ispaniyalı sağ cinah hücumçusunun transfer dəyərini 180 milyon avro məbləğində qiymətləndirir.

Seçilən
8
3
arena.az

5Mənbələr