AZ

Qadına necə hədiyyə alınmalıdır?

Beynəlxalq Qadınlar günü ərəfəsindən insanları bir sual düşündürür. 

Görəsən, nə hədiyyə almalı? Ümumiyyətlə, nə cür hədiyyə alarsa qadınlar razı qalar? 

Psixoloq Könül İsmayılova Hit.az-a deyib ki, 8 martda hədiyyə özəl olmalıdır, alınan hədiyyə şəxsinə aid, məxsusi olduğunu hiss etdirməlidir:

 “Hədiyyə almaq könül işidir, qəlb işidir, bu içdən gəlir. Hədiyyəni qiyməti, böyüklüyü, kiçikliyi öməmli deyil, əsas odur dəyər versin. Bütün xanımlar gülü sevir və onların qəlbini fəth eləmək üçün bir dəstə nərgizgülü kifayətdir. Hədiyyənin nə olduğu vacib deyil, əsas olan diqqətdir və qadınlar bu diqqəti görmək istəyirlər. Kişilərə tövsiyə edərdim ki, bu günü çalışsınlar sırf xanımlarına ayırsınlar. İşdən, öz məşğuliyyətlərindən kənar olsunlar. Mütləq deyil ki, bu günü bayram kimi qeyd etsinlər. Sadəcə, bərabər olmaq kifayətdir. Ən gözəl hədiyyə zamandır".

Sevinc

Seçilən
8
hit.az

1Mənbələr