AZ

Közərmə lampalarının ləğvinə ictimaiyyətin REAKSİYASI VİDEO

Azərbaycanda közərmə lampaları ləğv olunur.

Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında" qanuna təklif edilən dəyişiklikdə əksini tapıb. Qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib. Layihəyə əsasən, xüsusi istifadəsi nəzərdə tutulan közərmə lampaları istisna olmaqla, işıqlandırma məqsədilə istifadə edilə bilən elektrik közərmə lampalarının idxalı, istehsalı və satışı qadağan edilir.

Belə ki, qanun layihəsində  60 Vat və yuxarı gücə malik olan közərmə lampalarının satışı gələn il  yanvarın 1-dən, 25 Vatt-dan 60 Vat-a qədər gücə malik olan közərmə lampalarının  isə satışı iyulun 1-dən qadağan olunur.

Satıcılar bildirirlər ki, əvvəlki illərlərlə müqayisədə közərmə lampalarının satışında və keyfiyyətində ciddi zəiflik müşahidə olunur. Bu səbəbdən közərən lampaların qiyməti 50 qəpik-1 mant arasında təklif olunur.

Enerji səmərəliliyi üzrə ekspert Orxan Kərimzadə deyir ki, közərmə lampaları çox enerji istehlak edir.  Bu səbəbdən, son illərdə LED lampalar kimi daha enerjiyə qənaətcil və uzun ömürlü alternativlər geniş yayılmağa başlayıb.

Ekspert  onu da bildirib ki,  bütün dünyada bərpa olunan enerji mənbələrindən istifadə edərkən işıqlandırma üçün led lampaların quraşdılması tələb olunur.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Seçilən
9
xezerxeber.az

1Mənbələr